Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir - YENİLƏNİB
Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir - YENİLƏNİBAzərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyətin gücləndirilməsi və prosesin sürətləndirilməsində həmrəy olduğunu ifadə edib.
Azərbaycan və Gürcüstan “Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin tikintisi prosesi sürətləndirmək niyyətindədir.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tbilisi şəhərinə səfəri zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşündə bildirilib.
Azərbaycan ilə Gürcüstanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş mövqelərini gücləndirəcək “Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətindən danışılıb.
Həmçinin, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında layihənin həyata keçirilməsi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Layihənin fiber-optik komponenti, PCI/PMI statusunun əldə edilməsi, Birgə Müəssisənin yaradılması, həmçinin Mərkəzi Asiyadan Avropayadək “yaşıl enerji” bağlantısının qurulması, beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan-Gürcüstan enerji əlaqələrinin geniş spektri müzakirə edilib. Dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında regional və qlobal əhəmiyyətli enerji layihələri üzrə uğurlu birgə əməkdaşlığın rolundan bəhs edilib.
“Yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə nazirlərin 7-ci iclasının məhsuldar keçəcəyinə qarşılıqlı inam ifadə olunub.
16:33
Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyətin gücləndirilməsi və prosesin sürətləndirilməsində həmrəy olduğunu ifadə edib.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
“Görüşdə enerji əməkdaşlığımızın gündəliyindəki ikitərəfli və regional əhəmiyyətli məsələlərə dair səmərəli görüşümüz olub. Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı əsasında geniş miqyaslı yeni enerji təhlükəsizliyi layihəmizin inkişafını dəyərləndirdik”, deyə P. Şahbazov bildirib.
Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə #enerji əməkdaşlığımızın gündəliyindəki ikitərəfli və regional əhəmiyyətli məsələlərə dair səmərəli görüşümüz oldu. #Azərbaycan-#Gürcüstan dostluğu və… pic.twitter.com/HX5ZBkV174
— Parviz Shahbazov (@ParvizShahbazov) May 15, 2024