Azərbaycan və İran işğal olunmuş ərazilərdə SES tikintisini müzakirə edib

Azərbaycan və İran işğal olunmuş ərazilərdə SES tikintisini müzakirə edib “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar yaradılan Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Energetika
4 Sentyabr , 2020 17:21
Azərbaycan və İran işğal olunmuş ərazilərdə SES tikintisini müzakirə edib
0 : 00
0 : 00

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektroenergetika sahəsində əməkdaşlıq üzrə işlər davam etdirilməkdədir.

"Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədi ilə yaradılan Birgə Texniki Komissiyanın videokonfrans formatında növbəti iclası keçirilib. 

Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, həmçinin su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələləri geniş müzakirə edilib.

Eyni zamanda “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılmış Müştərək Texniki Komissiyanın videokonfrans formatında ilk iclası keçirilib. Görüşdə “Ordubad” su elektrik stansiyasının tikintisinin sürətləndirilməsi və stansiyanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. İclasda növbəti görüşün cari ilin sentyabr ayının sonlarında Naxçıvan Muxtar Respublikasında keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi