Azərbaycanda əmtəəlik propilen istehsalı 12 %-dən çox artıb

Azərbaycanda əmtəəlik propilen istehsalı 12 %-dən çox artıb Bu ilin yanvar-noyabr ayları ərzində 90,7 min ton həcmində propilen istehsal edilib, onun 86 min tonu əmtəəlik məhsulun payına düşüb.
Energetika
16 Dekabr , 2020 14:35
Azərbaycanda əmtəəlik propilen istehsalı 12 %-dən çox artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 90,7 min ton həcmində propilen, 118,3 min ton həcmində polietilen, 102,1 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, propilen istehsalının 86 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 17,6 %, əmtəəlik propilen istehsalı 12,3 % artıb.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkədə etilen istehsalı 0,2 % azalıb, polietilen istehsalı isə 19,6 % artıb.

Son xəbərlər

Orphus sistemi