Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 78 min ton həcmində propilen, 56 min ton həcmində polietilen, 102,1 min ton həcmində etilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, propilen istehsalının 74 min tonu əmtəəlik məhsulun payına düşüb.
Hesabat dövründə propilen istehsalı 15,2%, əmtəəlik propilen istehsalı 9,6%, etilen istehsalı 14,5% artıb.
Bu müddət ərzində ölkədə polietilen istehsalı isə 27% azalıb.