Azərbaycanda təbii qazdan aşağı tariflə istifadə edən abonentlərin sayı açıqlanıb

Azərbaycanda təbii qazdan aşağı tariflə istifadə edən abonentlərin sayı açıqlanıb Bu ilin yanvar-fevral ayları ərzində əhali sektoru üzrə qeydiyyatda olan abonentlərin ümumi sayının 80,4 %-i, yəni 1 milyon 941 min 339 abonent təbii qazdan aşağı tariflə istifadə edib.
Energetika
11 Mart , 2022 12:37
Azərbaycanda təbii qazdan aşağı tariflə istifadə edən abonentlərin sayı açıqlanıb

Bu ilin yanvar-fevral ayları ərzində əhali sektoru üzrə qeydiyyatda olan abonentlərin ümumi sayının 80,4 %-i, yəni 1 milyon 941 min 339 abonent təbii qazdan aşağı tariflə istifadə edib.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayənləri və QHT üzvləri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, aşağı tariflə təyin olunmuş limiti aşmış abonentlərin sayı ümumi abonentlərin 19,6 %-ini, yəni 474 min 164 abonent təşkil edir.

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin:

- 1 200 m3-dək (1 200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik,

- 1 200-2 500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik,

- 2 500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir.

Bu proses Tarif Şurasının 2021-ci ilin oktyabrında verdiyi qərarla həyata keçirilir.

Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərarı təxminən 5 il əvvəl verilib. O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir m3 üçün qiyməti 10 qəpik olub.

Ötən ilin iyulundan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunur.

Üçpilləli limitin ilkin pilləsi 1 200 kubmetr təyin olunub.

Azərbaycanda təbii qazın qiyməti ötən ilin noyabrından əhali üçün artıb, limit isə aşağı salınıb. Buna qədər 1 kubmetri 10 qəpikdən ödənilən illik limit 2 200 kubmetr idi.

Son xəbərlər

Orphus sistemi