Azərbaycanda yanvar-iyulda 3,9 milyon ton neft emal edilib

Azərbaycanda yanvar-iyulda 3,9 milyon ton neft emal edilib Neftin emala təhvili ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub
Energetika
24 Avqust , 2021 10:47
Azərbaycanda yanvar-iyulda 3,9 milyon ton neft emal edilib

Bu ilin yanvar-iyul ayında Azərbaycanda neft emalı 3,9 milyon ton təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, neftin emala təhvili ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi