Azərbaycanın ixrac-idxal etdiyi elektrik enerjisinin həcmi məlum oldu

Azərbaycanın ixrac-idxal etdiyi elektrik enerjisinin həcmi məlum oldu Bu ilin aprel ayı ərzində Azərbaycanda elektrik enerjisinin ixracı 47,5 mln. kVt/saat, idxalı isə 15,0 mln. kVt/saat təşkil edib
Energetika
24 May , 2021 13:31
Azərbaycanın ixrac-idxal etdiyi elektrik enerjisinin həcmi məlum oldu

Bu ilin aprel ayı ərzində Azərbaycanda elektrik enerjisinin ixracı 47,5 mln kVt/saat, idxalı isə 15 mln kVt/saat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu gün elektrik enerjisinə dair açıqladığını operativ məlumatlarında deyilir.

Məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində isə elektrik enerjisinin idxalı 47,2 mln kVt/saat olub. Bu müddət ərzində İrandan 10,8 mln kVt/saat, Rusiyadan 32 mln kVt/saat, Gürcüstandan isə 4,4 mln kVt/saat elektrik enerjisi idxal edilib.

Bu ilin 4 ayı ərzində elektrik enerjisinin ixracı 554,5 mln kVt/saat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 mln kVt/saat artıb. İrana 10,8 mln kVt/saat, Türkiyəyə 12,7 mln kVt/saat, Rusiyaya 31,2 mln kVt/saat, Gürcüstana isə 499,8 mln kVt/saat elektrik enerjisi ixrac edilib.

Son xəbərlər

Orphus sistemi