Bu ilin yanvar-iyun aylarında "Azərenerji" ASC 33 milyon ABŞ dolları dəyərində 813,3 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,6 milyon dollar (20,7%) və 106,85 milyon kVt/saat (11,6%) azdır.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,4%, qeyri-neft sektoru üzrə ixracında isə 2,8% paya malik olub.