“Azəriqaz”: “Bakının iki rayonunda qazın verilişində lokal problemlər yaranıb”

“Azəriqaz”: “Bakının iki rayonunda qazın verilişində lokal problemlər yaranıb” Hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq, Bakının Suraxanı və Xəzər rayonlarında qazın verilişi ilə bağlı müəyyən xırda problemlər yaranıb.
Energetika
9 Yanvar , 2023 13:32
“Azəriqaz”: “Bakının iki rayonunda qazın verilişində lokal problemlər yaranıb”

Hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq, Bakının Suraxanı və Xəzər rayonlarında qazın verilişi ilə bağlı müəyyən xırda problemlər yaranıb.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, bu, lokal problemlər idi: “Bir neçə evin qaz təminatında problemlər yaranmışdı. Onun bir neçəsi dərhal gecə saatlarında həll olunub. Bir neçəsi də günorta saatlarına qədər həll olunmuş hesab olunur”.

E.Vəliyev ümid edir ki, lokal deyil, daha geniş mənada qaz təchizatında “Azəriqaz”ın problemi yaranmayıb və yaranmayacaq.

Son xəbərlər

Orphus sistemi