“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2 303 513 əhali abunəçisi olub.
Energetika
21 Oktyabr , 2020 10:30
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2 303 513 əhali abunəçisi olub.

"Report" bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, hesabat dövründə İstehsalat Birliyinin qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 8, yeni yaşayış massivlərinin sayı isə 23-ə bərabər olub.

Hazırda qazlaşdırma işləri gedən yaşayış məntəqələrinin sayı 35, yaşayış massivlərinin sayı isə 20 təşkil edir. 9 ay ərzində yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1105,1 km-ə bərabər olub.

2019-cu ilin müvafiq dövründən 1 oktyabr 2020-ci il tarixinə kimi 87 613 abunəçi artımının qeydə alınmasına baxmayaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” üçün itkilərlə bağlı hədəf 8% müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

Setnayrbın sonuna qeydiyyatda olan əhali abunəçilərinin cəmi 8,27%-i illik hər kubu 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 190 498 abunəçi deməkdir. Yerdə qalan 2 113 015 abunəçi (ümumi əhali abunəçilərinin 91,73%) qazdan güzəştli limit daxilində istifadə edib.

Son xəbərlər

Orphus sistemi