Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir.
"Report" xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilir ki, "Səyyar qəbul otaqları”nın təşkil olunduğu bütün ərazilərdə icrası mümkün olan işlərə başlanılıb. Aksiyanın əhatə dairəsi Bakı və Abşeronla kifayətlənmir. Daha çox regionlara köklənmiş aksiya bu dəfə Goranboy rayonunun Qazançı kəndində təşkil olunacaq. Sakinlər 3 sentyabr saat 11:00-dan 13:00-a qədər Birliyin açıq olacaq mikrofonunun imkanlarından istifadə edərək problem və təkliflərini səsləndirə bilərlər.