“Azəriqaz”ın baş direktoru canlı yayımda abunəçilərin problemini həll etdi

“Azəriqaz”ın baş direktoru canlı yayımda abunəçilərin problemini həll etdi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün növbəti dəfə “Facebook" sosial şəbəkəsi üzərindən canlı yayım edib.
Energetika
29 Yanvar , 2021 16:58
“Azəriqaz”ın baş direktoru canlı yayımda abunəçilərin problemini həll etdi
Ruslan Əliyev

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün növbəti dəfə “Facebook" sosial şəbəkəsi üzərindən canlı yayım edib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, canlı yayımda abunəçiləri maraqlandıran suallar cavablandırılıb.

Sosial şəbəkə izləyicilərinin bəziləri ötən dəfə təşkil edilən görüşdən sonra problemlərinin həllinə göstərilən köməkliyə görə İstehsalat Birliyinin rəhbərliyinə təşəkkür ediblər.

Canlı yayım zamanı Şəmkir rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ramin Qasımov qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. Tədbirin gedişatında onunla əlaqə saxlanılıb və müraciətinə dair müəyyən qeydlər götürülüb.

Digər “Facebook” izləyicisi – Samux rayonundan şəhid atası Mürsəlzadə Cəsur fərdi şəkildə qaz çəkilişinin aparılmasını istəyib.

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan Elnurə Əliyeva qaz sayğacı ilə bağlı müraciət yazıb. Sumqayıt şəhərindən yazan Nəsimi Hüseynov Yaşıldərə qəsəbəsində yolların təmir olunması zamanı ərazidən keçən qaz xəttinin torpaq altında qalması barədə fikirlərini bölüşüb. Bütün müraciətlər qeydiyyata alınıb.

Canlı yayımı "Azəriqaz"ın bütün əlaqədar struktur bölmələri və rəhbər şəxslər paralel olaraq izləyib. Bəzi səsləndirilən müraciət sahibləri ilə dərhal əlaqə saxlanılıb, problemlərinin həllinə dair qeydiyyat götürülüb. Ümumilikdə, bu dəfəki sosial şəbəkə üzərindən baş tutan görüş zamanı 400-dən çox ismarıc qəbul olunub. Onların əksəriyyəti qazlaşdırılmasına ehtiyac duyulan yaşayış məntəqələri və massivləri ilə bağlıdır. Diqqət çəkən məqamlardan biri odur ki, bir həftə öncə keçirilən onoloji görüşdən fərqli olaraq bu dəfə təbii qazın verilişində təzyiqin az olmasına dair şikayətlərin sayında hiss ediləcək qədər azalma müşahidə olunub. Bu da “Azəriqaz” rəhbərliyinin sosial şəbəkə müzakirələrində qaldırılan məsələlərə həssaslıqla yanaşmasından xəbər verir.

Son xəbərlər

Orphus sistemi