"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunub

"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunub “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub.
Energetika
26 İyul , 2021 19:12
Azəriqazın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunub
Ceyhun Səfərov

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub. Bu münasibətlə Birlik rəhbərliyi yanında görüş təşkil olunub.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

C.Səfərovun qurumun ictimaiyyətlə əlaqələri sahəsində müsbət irəliləyişlərə nail olduğunu qeyd edən baş direktor Ruslan Əliyev, onun bu sahədə məlumatlı bir kadr kimi yetişdiyinə diqqət çəkib. Vurğulanıb ki, o, kollektivdə rəğbət qazanıb və fəaliyyəti müddətində peşəkarlığı ilə seçilib. R.Əliyev bildirib ki, tanınmış jurnalist olan C.Səfərovla “Azəriqaz” İB-nin yolları tamamilə ayrılmır. Onunla bundan sonra da əməkdaşlıq ediləcək və qazandığı təcrübədən bəzi istiqamətlərdə yararlanacaqlar. Ceyhun Səfərov ona göstərilən diqqətə görə təşəkkür edib və “Azəriqaz” İB kollektivinin onun üçün doğma olduğunu vurğulayıb. Daha sonra “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatındakı fəal iştirakına görə Ceyhun Səfərovu Fəxri fərmanla təltif edib, kollektivlə birgə xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, C.Səfərov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə 2 il bundan öncə təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi