Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Cəlilabad rayonunun Cəfərli kəndində təşkil olunacaq.
Sentyabrın 28-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.