Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi "Ağıllı kənd" layihəsinin reallaşdırıldığı Zəngilan rayonunun Ağalı kəndinin qazlaşdırılması məsələsinə aydınlıq gətirib.
"Report" xəbər verir ki, bu barədə ”Azəriqaz”ın Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov məlumat verib.
"Hazırda Zəngilan rayonu istiqamətində böyük tutumlu magistral qaz kəmərinin çəkilişi layihələndirilir. Bu kəmər çəkildikdən sonra Ağalı kəndi qazlaşdırılacaq", - deyə o, qeyd edib.