"Azəriqaz": “Neft torpaqlarındakı evlərin qazlaşdırılması üçün ərazinin təyinatı dəyişdirilməlidir"

"Azəriqaz": “Neft torpaqlarındakı evlərin qazlaşdırılması üçün ərazinin təyinatı dəyişdirilməlidir" “Azərbaycanda neft torpaqlarda tikilmiş evlərin qazlaşdırılması sual altındadır”.
Energetika
7 Yanvar , 2022 11:23
Azəriqaz: “Neft torpaqlarındakı evlərin qazlaşdırılması üçün ərazinin təyinatı dəyişdirilməlidir

“Azərbaycanda neft torpaqlarında tikilmiş evlərin qazlaşdırılması sual altındadır”.

“Report” xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov deyib.

Onun sözlərinə görə, həmin evlərin qazlaşdırılması üçün onların yerləşdiyi ərazilərin təyinatı dəyişdirilməlidir. Bu gün bu torpaqlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansındadır və orada potensial yeraltı neft-qaz yataqları mövcuddur. Orada hasilat aparıla bilər. Buna görə də bu qeyri-qanuni tikilən evlərin qazlaşdırılmasına hələlik icazə verilmir".

O bildirib ki, nə zamanı dövlət neft torpaqlarının yaşayış məntələrinə çevrilməsi ilə bağlı qərar verəcək, o zaman bu ərazilər planlı şəkildə qazlaşdırıla bilər: "Bunun üçün ilk növbədə neft trorpaqlarının kateqoriyası dəyişdirilməlidir. Bundan sonra isə “ASAN Kommunal” mərkəzlərinə müraciət edib, lisenziyası olan podratçı şirkətlərlə bu məsələni öz hesablarına həll edə bilərlər. Yəni vətəndaşlara şərait yaradılıb ki, onlar öz vəsaitləri hesabına qazlaşdırma həyata keçirə bilsinlər. Ümumilikdə isə qazlaşdırma plana uyğun həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi