"Azəriqaz" qaz borcunun çox yazılması ilə bağlı iddialara münasibət bildirib

"Azəriqaz" qaz borcunun çox yazılması ilə bağlı iddialara münasibət bildirib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"İstehsalat Birliyi qaz sərfiyyatının (həm də qaz borcunun) çox yazılması ilə bağlı abunəçilərin səsləndirdiyi iddialara münasibət bildirib.
Energetika
26 Yanvar , 2021 16:00
Azəriqaz qaz borcunun çox yazılması ilə bağlı iddialara münasibət bildirib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qaz sərfiyyatının (həm də qaz borcunun) çox yazılması ilə bağlı abunəçilərin səsləndirdiyi iddialara münasibət bildirib.

"Report"un məlumatına görə, qurumun baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında deyib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.

"2019-cu ildə 2 200 kubmetrlik limit keçən abunəçilərin sayı 460 min idisə, 2020-ci ildə bu rəqəm 588 min olub. Ötən il biz əvvəlki ilə nisbətən əhali xətlərində 490 milyon kubmetr çox qaz qəbul etmişik. Bu da o deməkdir ki, bu qaza tələbat var və biz də ona görə bu qədər artıq qaz qəbul etmişik. Bu da əsasən pandemiya ilə əlaqədardır. Pandemiya dövrü başlayandan sonra bizdə sənaye müəssisələrində tələbat 30-40 % aşağı düşdü. Çünki sənaye obyektlərinin sayında azalma oldu, kafe-restoranların fəaliyyəti dayandı. Amma əhalidə sərfiyyat artmağa başladı. Əhali əvvəlki illərə nisbətən daha çox evdə qaldı, ailələr özünü daha çox qorumağa başladı. Bizim də borcumuz əhalinin tələbatını ödəməkdir. Bu da qaz sərfiyyatını artırdı.

"Bəzən abunəçilər iddia edirlər ki, sayğac pulu çox yazır. Biz qazı pulla hesablamırıq, kubmetrə hesablayırıq. Ona görə də sərfiyyat artanda pul da artıq olmalıdır", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi