“Azəriqaz”: Qaz sayğaclarının kartlarının verilməsi yerində icra olunacaq

“Azəriqaz”: Qaz sayğaclarının kartlarının verilməsi yerində icra olunacaq Qaz sayğacları 5 ildən bir dövlət yoxlanışı üçün açılaraq götürülür, yerinə isə yenisi quraşdırılır
Energetika
16 Fevral , 2021 16:07
“Azəriqaz”: Qaz sayğaclarının kartlarının verilməsi yerində icra olunacaq

Sabahdan - fevral ayının 17-dən etibarən dövlət yoxlanışı zamanı əhali abonentləri üçün quraşdırılan əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı, Bakı şəhərinin rayonları üzrə yerli qaz xidmət sahələrində də həyata keçiriləcək.

Bu barədə Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, kütləvi şəkildə sayğac əvəzlənməsi qeydə alınan ərazilərdə isə abonentlərin yuxarıda sadalanan məkanlara getməsinə ehtiyac qalmayacaq. Onların qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi səyyar avtomobillərlə fəaliyyət göstərəcək Müştəri xidməti şöbəsinin əməkdaşları tərəfindən təmin olunacaq.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün bu barədə əlaqədar struktur rəhbərlərinə müvafiq göstərişlər verib. Abonentlərin əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarını almasında hər hansı bir problemin yaşanmaması üçün bütün imkanların səfərbər olunması tapşırılıb.

Xatırladaq ki, mövcud qaydalara görə əhali abonent qrupunun istifadəsində olan qaz sayğacları 5 ildən bir dövlət yoxlanışı üçün açılaraq götürülür, yerinə isə yenisi quraşdırılır.

Son xəbərlər

Orphus sistemi