“Azəriqaz” rəhbərliyi 4 şəhid vermiş kəndin sakinləri ilə görüşüb

“Azəriqaz” rəhbərliyi 4 şəhid vermiş kəndin sakinləri ilə görüşüb Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin səyyar qəbul otağı”nın "Açıq mikrofon"u Füzuli rayonunun Qarabulaq kəndində quraşdırılıb.
Energetika
13 Avqust , 2021 15:55
“Azəriqaz” rəhbərliyi 4 şəhid vermiş kəndin sakinləri ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin səyyar qəbul otağı”nın "Açıq mikrofon"u Füzuli rayonunun Qarabulaq kəndində quraşdırılıb.

Bu barədə “Report” “Azəriqaz”a istinadən məlumat verib.

Məlumata görə, vətəndaşlar açıq şəkildə problemlərini dilə gətiriblər. 4 şəhid vermiş bu yaşayış massivinin sakinləri qış aylarında çəkdikləri əziyyətlərdən danışıblar.

“Azəriqaz” rəhbərliyi hər bir sakinin problemini fərdi qaydada dinləyib və müvafiq göstərişlər verəcək.

Son xəbərlər

Orphus sistemi