“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb
Energetika
25 İyun , 2021 16:05
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib
Ruslan Əliyev

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qazax rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Şəmkir rayonu, baş direktorun satış üzrə müavini Rəşad Cavadov isə Tovuz rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb.

Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Şəmkir Regional qaz istismarı İdarəsinin məsul əməkdaşlarına vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlarını veriblər.

Baş direktor Vətən müharibəsində qəhrəmanlıq göstərən qazilərin və şəhid ailələrinin müraciətlərinin daim diqqətdə saxlanılmasını və onların qayğıları ilə vaxtında maraqlanıb müsbət rəy verilməsini xüsusi qeyd edib

Son xəbərlər

Orphus sistemi