“Hazırda “Azərişıq” ASC-nin Şuşada 100-dən çox əhali abunəçisi var”.
Bunu “Report”a açıqlamasında qurumun “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə bildirib.
“Səhmdar cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində əhali qrupuna aid abunəçi kodlarını aktivləşdirib. Bu ilin iyun ayından Şuşada yeni əhali qrupu abunəçilərinin qeydiyyatına başlamışıq. Bu qrup abunəçi kodları da 15 simvoldan ibarətdir”, - deyə o qeyd edib.