Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində neft-qaz hasilatı, eləcə də digər sahələrlə bağlı səmərəliliyin artırılması istiqamətində təkliflər dəyərləndirilib.
Bu barədə “Report” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, “Azneft”in “28 May” Neft-qazçıxarma İdarəsində (NQÇİ) istehsalat müşavirəsi keçirilib.
SOCAR prezidentinin müşaviri Babək Hüseynov, “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynovun iştirakı ilə aparılan müzakirələrdə mövcud vəziyyət və gələcək perspektivlər müzakirə edilib.
Müşavirədə həmçinin aidiyyəti üzrə qərarlar qəbul edilib.