Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsal Birliyinin kadr məsələləri üzrə baş direktorunun müavini Teymur Mahmudov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) İdarə Heyətinə üzv seçilib.
"Report" bu barədə "Azneft"ə istinadən xəbər verir.
Məlumata görə, o, qurumu "AmCham Azerbaijan"ın rəhbərliyində 2 il təmsil edəcək.
1996-cı ildə yaradılmış Palata Azərbaycandakı xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən və təşviq edən bir aparıcı qeyri-kommersiya assosiasiyadır.