Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 40% artıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 40% artıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 22,635 milyard kubmetr təbii qaz nəql edilib.
Energetika
15 Sentyabr , 2021 11:01
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 40% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 22,635 milyard kubmetr təbii qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə ötən ilin yanvar-avqust aylarına nisbətən 14,1 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 49,5 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 11,194 milyard kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 40,5 % çoxdur.

Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi