Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 50%-dən çox artıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 50%-dən çox artıb Qazın nəqlinin 48,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib
Energetika
19 May , 2021 17:41
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 50%-dən çox artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 12 mlrd 387,4 mln kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 10,8% artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 48,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 5 mlrd 963,4 mln kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 50,2% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi