Cənub Qaz Dəhlizi (CQD) Avropanın çox sayda ölkəsini enerji resursları ilə təmin edir.
Bu barədə “Report”a müsahibəsində Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib.
“İndi o (CQD-ni nəzərdə tutur – red.), Avropanın çox sayda ölkəsini enerji resursları ilə təmin edir. Bu, böyük nailiyyətdir, unikaldır”, - o deyib.
“Şahdəniz” yatağının işlənməsini və Azərbaycandan başlayaraq İtaliyanın cənubuna qədər uzanan qaz kəmərləri zəncirini özündə birləşdirən CQD Avropa İttifaqına (Aİ) təbii qaz tədarükünün şaxələndirilməsi və tək tədarük mənbəyi olan Aİ ölkələrinin sayını azaltmaq məqsədi ilə yaradılıb. CQD-nin son Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Yunanıstan, Bolqarıstan və İtaliyanın cənubunu Xəzər dənizindən hasil olunan qazla təchiz etməyə imkan verib.
Müsahibənin tam mətni ilə bu linkə daxil olaraq tanış olmaq olar.