Gürcüstanın Batumi limanında mineral gübrələr üçün terminal istifadəyə verilib.
“Report”un yerli bürosu xəbər verir ki, multimodal terminal il ərzində 1,5 milyon ton mineral gübrə emal və nəql edəcək.
İnvestoru ABŞ-ın iri Trammo korporasiyası və “Wondernet Express Investment Group” şirkəti olan layihəyə 25 milyon dollar sərmayə yatırılıb.
Açılış mərasimində çıxış edən Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava deyib ki, Batumidə bu cür əhəmiyyətli layihənin reallaşdırılması Gürcüstanın artıq regional logistik haba çevrildiyini sübut edir.
Nazir qeyd edib ki, terminal vasitəsilə yüklər Mərkəzi Asiyadan Azərbaycandan keçməklə Batumi limanı vasitəsilə ABŞ, Avropa, Afrika və Avstraliyaya çatdırılacaq.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı limanı Batumi terminalı layihəsinin tərəfdaşlarıdır.