BEA bu ildə neftə tələbata dair proznozunu xeyli azaldıb

BEA bu ildə neftə tələbata dair proznozunu xeyli azaldıb Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci ildə dünyadakı neftə gündəlik tələbatın artımına dair proqnozunu 1 milyon barelə yaxın azaldaraq 2,1 milyon barel səviyyəsində müəyyənləşdirib.
Energetika
16 Mart , 2022 14:00
BEA bu ildə neftə tələbata dair proznozunu xeyli azaldıb

Beynəlxalq Enerji Agentliyi (BEA) 2022-ci ildə dünyadakı neftə gündəlik tələbatın artımına dair proqnozunu 1 milyon barelə yaxın azaldaraq 2,1 milyon barel səviyyəsində müəyyənləşdirib.

“Report” qurumun aylıq hesabatına əsasən xəbər verir ki, proqnozun dəyişdirilməsi dünya bazarında xammalın bahalaşması və Rusiyaya qarşı sanksiyalardan irəli gəlir. Bunların dünya iqtisadi artımını xeyli azaldacağı qeyd olunur. Belə ki, dünyada neftə tələbatla bağlı 2022-ci ilin ikinci-dördüncü rüblər üçün proqnozumuzu 1,3 milyon barel azaltdıq. Nəticədə 2022-ci ildə tələbatın ümumi artımı orta hesabla 950 min barel azalacaq.

Beləliklə, bu ildə dünyada neftə gündəlik tələbatın 2,1 milyon barel artaraq 99,7 milyon barelə çatacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi