BƏƏ şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir

BƏƏ şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanla əməkdaşlığa sadiqdir və burada fəaliyyətini genişlədirmək niyyətindədir.
Energetika
5 Fevral , 2022 11:13
BƏƏ şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir

"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanla əməkdaşlığa sadiqdir və burada fəaliyyətini genişlədirmək niyyətindədir".

Bu barədə “Report”a açıqlamasında şirkətin Baş direktoru Məhəmməd Cəmil Əl-Rəmahi bildirib.

“Ökənizin böyük potensialı var. Maraqlı tərəflər və hökumət bizə inkişaf etmək imkanı yaradarsa, bundan çox məmnun olarıq”, - o deyib.

“Masdar” Yaxın Şərqdə bərpa olunan enerji mənbələrinin işlənməsi sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən biridir. Ötən  ilin aprel ayında Azərbaycan hökuməti ilə şirkət arasında Ələtdə 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisi haqqında müqavilə imzalanıb. Layihənin dəyəri təxminən, 200 milyon ABŞ dollarıdır. 

Son xəbərlər

Orphus sistemi