Bərdə, Saatlı və Xətai rayonlarında qaz olmayacaq

Bərdə, Saatlı və Xətai rayonlarında qaz olmayacaq ​​​​​​​Bu gün Bərdə, Saatlı və Bakının Xətai rayonlarının qaz təchizatında fasilə yaranacaq
Energetika
3 İyul , 2024 09:28
Bərdə, Saatlı və Xətai rayonlarında qaz olmayacaq

Bu gün Bərdə, Saatlı və Bakının Xətai rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaradəmirçi” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin, “Saatlı Əlillər evi” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin və paytaxtın Xətai rayonunda orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı iyulun 3-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Bərdə rayonunun (39 kənd), Saatlı rayonunun (bir hissəsi) və paytaxtın Xətai rayonunun (R.Quliyev, X.Məmmədov, R.Məmmədov, M.Hadi, Cavanşir küçələri) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son xəbərlər

Orphus sistemi