Bərpa olunan enerji istehsalında görünməmiş artım gözlənilir

Bərpa olunan enerji istehsalında görünməmiş artım gözlənilir 2020-2021-ci illərdə dünyada bərpa olunan mənbələr hesabına ümumi elektrik enerjisi istehsalı kəskin artacaq, son nəticədə həm bu səbəbdən, həm də qlobal iqtisadi tənəzzül və koronavirus pandemiyası üzündən ənənəvi mənbələr hesabına elektrik enerjisi iste
Energetika
10 Noyabr , 2020 19:42
Bərpa olunan enerji istehsalında görünməmiş artım gözlənilir

2020-2021-ci illərdə dünyada bərpa olunan mənbələr hesabına ümumi elektrik enerjisi istehsalı kəskin artacaq, son nəticədə həm bu səbəbdən, həm də qlobal iqtisadi tənəzzül və koronavirus pandemiyası üzündən ənənəvi mənbələr hesabına elektrik enerjisi istehsalının ümumi istehsalda xüsusi çəkisi azalacaq.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) illik hesabatında bildirilir.

Sənədə görə, 2020-ci ildə "təmiz enerji" istehsalının həcmi 4 % artaraq rekord həddə - 198 gVt-a çatacaq ki, bu da qlobal artımın 90 % deməkdir. Ümumi elektrik enerjisi istehsalında isə bu il 7 %, gələn il isə 10 % artım gözlənilir. Bunlar da 2015-ci ildən bəri ən böyük artımlardır.

“Bərpa olunan mənbələr pandemiyanın yaratdığı çətinlikləri dəf edərək inamlı artım göstərir”, - deyə IEA-nın icraçı direktoru Fateh Birol bildirib.

Onun sözlərinə görə, siyasi müəmmalar yoluna qoyulsa, 2022-ci ildə 271 gVt-dək artıma nail oluna bilər. 2025-ci ildə isə qlobal elektrik enerjisi istehsalanın 2/3-si bərpa olunan enerji mənbələrinin payına düşəcək.

Son xəbərlər

Orphus sistemi