Beyləqanda avtomobil qaz xəttini zədələyib

Beyləqanda avtomobil qaz xəttini zədələyib Beyləqan rayonunun Kəbirli kəndində qəza törədən "VAZ-2107" markalı avtomobil yol kənarındakı qaz xəttini də zədələyib.
Energetika
11 Yanvar , 2021 19:48
Beyləqanda avtomobil qaz xəttini zədələyib

Beyləqan rayonunun Kəbirli kəndində qəza törədən "VAZ-2107" markalı avtomobil yol kənarındakı qaz xəttini də zədələyib.

Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

"108 mm diametrində olan orta təzyiqli yerüstü qaz kəmərində qaz sızması qeydə alınıb. Bu səbəbdən 300 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda qəza briqadası hadisə yerindədir, müvafiq prasedurlar icra edilməklə fəsadlar aradan qaldırılır", - qurumdan bildirilib.

Son xəbərlər

Orphus sistemi