Binəli İldırım: "Qara dənizdəki təbii qaz dünyanın ehtiyaclarını 45 il ödəyə bilər"

Binəli İldırım: "Qara dənizdəki təbii qaz dünyanın ehtiyaclarını 45 il ödəyə bilər" "Qara dənizdəki enerjidaşıyıcıları dünyanın təbii qaz olan ehtiyacını 45 il ərzində təmin edə bilər".
Energetika
7 May , 2022 15:52
Binəli İldırım: Qara dənizdəki təbii qaz dünyanın ehtiyaclarını 45 il ödəyə bilər

"Qara dənizdəki enerjidaşıyıcıları dünyanın təbii qaz olan ehtiyacını 45 il ərzində təmin edə bilər".

“Report” “Yenisafak”a istinadən xəbər verir ki, bunu mayın 7-də Türkiyənin keçmiş baş naziri, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli İldırım bildirib.

“Böyük bir sərvətin üzərindəyik. Qara dəniz sahili boyunca böyük enerji yataqlarına sahibik. Qara dənizdə təbii qaz ehtiyatı 540 milyard kubmetrdir. Bu, hələ başlanğıcdır. Qara dəniz dünyanın təbii qaza olan təlabatını 45 il təmin edə bilər”, - o vurğulayıb.

Qeyd edək ki, Türkiyə 2020-ci ildə Qara dənizdə iri təbii qaz yataqları aşkarlayıb. Ən böyük “Sakarya” yatağının ehtiyatı 400 milyard kubmetrdən artıqdır.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz “Kriter" jurnalının may nömrəsinə müsahibəsində bildirib ki, 2023-cü ilin əvvəlində “Sakarya” yatağının istismarı planlaşdırılır: “Sutkada oradan 40 milyon kubmetr qaz hasil ediləcək".

Son xəbərlər

Orphus sistemi