Birləşmiş Ərəb Əmirlikləri sentyabrda neft ixracını azaldacaq

Birləşmiş Ərəb Əmirlikləri sentyabrda neft ixracını azaldacaq Birləşmiş Ərəb Əmirliklərinin əsas neft istehsalçısı olan “Əbu Dhabi Milli Neft Şirkəti” (ADNOC) OPEC+ çərçivəsində əldə edilmiş müvafiq razılaşma çərçivəsində sentyabr ayında neft tədarükünü azaldacaqlarını açıqlayıb.
Energetika
29 İyul , 2020 14:04
Birləşmiş Ərəb Əmirlikləri sentyabrda neft ixracını azaldacaq

Birləşmiş Ərəb Əmirliklərinin əsas neft istehsalçısı olan “Əbu Dhabi Milli Neft Şirkəti” (ADNOC) OPEC+ çərçivəsində əldə edilmiş müvafiq razılaşma çərçivəsində sentyabr ayında neft tədarükünü azaldacaqlarını açıqlayıb.

“Report” xəbər verir ki, şirkətin müştərilərə ünvanladığı məktubda sentyabr ayında “Murban”, “Upper Zakum”, “Umm Lulu”, “Das” markalı neftin tədarükünü 5 faiz azaldacaqları bildirilir.

Qeyd edək ki, OPEC+ razılaşmasına görə BƏƏ neft hasilatını 3,168 milyon barel səviyyəsindən 722 min barel, avqust – dekabr aylarında isə 578 min barel azaldır.

Son xəbərlər

Orphus sistemi