Bolqarıstan sentyabrın sonunadək Azərbaycandan alacaq qazın həcmini açıqladı

Bolqarıstan sentyabrın sonunadək Azərbaycandan alacaq qazın həcmini açıqladı Azərbaycan qaz Kula-Sidirokastro Yunanistan sərhəd nöqtəsindəki mövcud 3,68 milyard kubmetr tutuma malik xətti ilə nəql edilir.
Energetika
1 Fevral , 2021 14:41
Bolqarıstan sentyabrın sonunadək Azərbaycandan alacaq qazın həcmini açıqladı

Bolqarıstan sentyabr ayının sonuna qədər Azərbaycandan 225 mln kubmetrə yaxın təbii qaz almağa hazırlaşır.

“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Bulgargaz” şirkətinin məlumatında deyilir.

Bildirilir ki, Azərbaycan qazı illik 3 milyard kubmetr həcmdə və artıq ötürücülük gücünə malik olan Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (IGB) gecikmələri səbəbi ilə Kula-Sidirokastro Yunanistan sərhəd nöqtəsindəki mövcud 3,68 milyard kubmetr tutuma malik xətti ilə nəql ediləcək.

Məlumatda qeyd edilir ki, Azərbaycan qazının bu marşrutla nəqli müvəqqətidir və 2020 qaz ilinin sonuna qədər doqquz ay müddətində davam edəcək. Bu müddət üçün tədarük ediləcək miqdar təxminən 225 milyon kubmetr təşkil edəcək.

Qeyd edək ki, IGB bağlantısının 2021-ci ilin oktyabrında işə başlaması gözlənilir. Azərbaycan qazı bu marşrut üzrə razılaşdırılmış həcmdə davam edəcək.

Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında müqavilə əsasında ilik 1 milyard kubmetr həcmində qaz tədarük edib.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi