Bolqarıstana Azərbaycan qazının tam həcminin tədarükü nə zaman mümkün olacaq?

Bolqarıstana Azərbaycan qazının tam həcminin tədarükü nə zaman mümkün olacaq? Bolqarıstan bazarına Azərbaycan qazının tam həcminin, yəni 1 milyard kubmetrə qədər tədarükü Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) inşası həyata keçiriləndən sonra mümkün olacaq.
Energetika
15 Fevral , 2022 12:47
Bolqarıstana Azərbaycan qazının tam həcminin tədarükü nə zaman mümkün olacaq?

Bolqarıstan bazarına Azərbaycan qazının tam həcminin, yəni 1 milyard kubmetrə qədər tədarükü Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) inşası həyata keçiriləndən sonra mümkün olacaq.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovun "Report"a müsahibəsində bildirib.

"Düşünürəm ki, bu məsələ birbaşa olaraq Bolqarıstanın marağındadır və biz görürük ki, onlar həqiqətən də bunun üçün çalışırlar. Elan edilən müddətdə tikintinin yekunlaşacağı barədə mən proqnoz verə bilmərəm. Bunu zaman göstərəcək”, - deyə P. Şahbazov bildirib.

Nazir qeyd edib ki, ötən il Bolqarıstana 273 milyon kubmetr Azərbaycan qazı ixrac edilib: "İGB hazır olmadığına görə Bolqarıstan tam həcmdə qaz ala bilmir. Bu, birbaşa Bolqarıstan tərəfindən asılı məsələdir”.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin bu ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

Energetika naziri Pərviz Şahbazovun geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi