BP Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üzrə hazırlanmış Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirir.
“BP Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, şirkət bütün maraqlı tərəfləri 28 iyul 2021-ci il tarixində saat 14:00-dan 16:00-dək “Microsoft Teams” vasitəsilə onlayn rejimdə keçiriləcək görüşdə iştirak etməyə dəvət edir.
ƏMSSTQ sənədlərinin layihə versiyası və rəy formaları 1 iyul 2021-ci il tarixindən BP-nin vebsaytına yerləşdirilmişdir və onları aşağıdakı linklər vasitəsilə yükləmək mümkündür:
ƏMSSTQ sənədi:
Rəy forması:
Qeyd edək ki, görüş zamanı BP tərəfindən təqdimatlar ediləcək və ƏMSSTQ-nin layihə versiyası haqqında auditoriyanın sualları cavablandırılacaq, həmçinin şərh və rəylər dinləniləcək. Rəy və təklifləri həmçinin [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.