BP Azərbaycanda bərpa olunan enerji mütəxəssisi hazırlığına dəstək verəcək

BP Azərbaycanda bərpa olunan enerji mütəxəssisi hazırlığına dəstək verəcək Sabah BP şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə çərçivə sazişi imzalayacaq.
Energetika
1 İyun , 2022 16:19
BP Azərbaycanda bərpa olunan enerji mütəxəssisi hazırlığına dəstək verəcək

Sabah BP şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə çərçivə sazişi imzalayacaq.

Bunu “Report”a açıqlamasında BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Bir müddət əvvəl BP ilə Təhsil Nazirliyi arasında müqavilə imzalanıb. Sabahkı saziş də həmin müqavilə əsasında imzalanacaq. Razılaşmaya əsasən Britaniya universitetlərindən biri ilə ADNSU-nun ikili diplom magistr proqramı olacaq", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, saziş çərçivəsində yaxın 3 ildə Azərbaycanda bərpa olunan enerji sahəsində 100-dən çox mütəxəssis hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi