Böyük Britaniyanın BP şirkəti Qərbi Avstraliyada yerləşən və bu yaxınlarda bağlanmış köhnə neft emalı zavodunda (NEZ) “yaşıl” hidrogen istehsalı məsələsini araşdırır.
Bu barədə “Report” “inoSMI”yə istinadən məlumat verir.
BP keçmiş NEZ-in profilini enerji qovşağına dəyişərək bərpa olunan yanacaq – ekoloji təmiz aviasiya və dizel yanacağının istehsalı üzrə zavod tikməyi planlaşdırır.
Qərbi Avstraliya hökuməti təşəbbüsü dəstəkləyib və layihənin texniki iqtisadi əsaslandırmasına 300 min Avstraliya dolları (223 498 ABŞ dolları) ayırıb.
Qərbi Avstraliyanın Hidrogen sənayesi naziri Alanna Maktirnan hesab edir ki, BP-nin köhnə neft emalı zavodunu ekoloji təmiz hidrogen mərkəzinə çevirmək təklifi onu canlandırmağa və aşağı tullantı səviyyəsinə malik gələcəyə çıxarmağa imkan verəcək.