Bu gün Londonun “İCE Futures” birjasında keçirilən hərrac zamanı “Brent” markalı neftin noyabr fyüçersləri 2,59 faiz bahalaşaraq 81,46 ABŞ dollarından satılıb.
“Report” xəbər verir ki, sözügedən marka son dəfə 2018-ci ilin oktyabr ayında 81 dollar həddini keçmişdi.
OPEC+ formatı çərçivəsində noyabr ayında da gündəlik hasilatı 400 min barel artırmaq qərarı nəticəsində neft bazarında qiymətlər artmağa davam edir.