"Brent" markalı neftin qiyməti son 8 ildə ilk dəfə olaraq bir barel üçün 95 ABŞ dollarını ötüb.
“Report” Londonun ICE birjasına istinadən xəbər verir ki, fyuçers müqaviləsinin dəyəri 4% artaraq bir barel üçün 95,33 ABŞ dolları təşkil edir.
"Brent" nefti sonuncu dəfə 2014-cü ilin oktyabrında 95 ABŞ dollarını keçib.