BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb

BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb Bu ilin I yarısında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) əss ixrac boru kəməri ilə Azərbaycan ərazisindən tranzit həcmi 700 min tonu ötüb.
Energetika
25 İyul , 2024 16:44
BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb

Bu ilin I yarısında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) əss ixrac boru kəməri ilə Azərbaycan ərazisindən tranzit həcmi 700 min tonu ötüb.

"Report" xəbər verir ki, bu barədə "KazMunayGaz" (KMG) şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenovun Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə görüşünün yekunları ilə bağlı qarşı tərəfin yaydığı məlumatda bildirilib.

“Tərəflər əməkdaşlığın əsas məsələlərini müzakirə ediblər. Görüşdə Qazaxıstan neftinin sabit tədarükü qeyd edilib. 2023-cü ildə Aktau limanından 1,057 milyon ton neft göndərilib, bu ilin I yarısında isə bu rəqəm 700 min tondan çox olub”, - məlumatda vurğulanıb.

A.Xasenov qeyd edib ki, “KazMunayGaz” bu ixrac istiqamətini daha da inkişaf etdirməyə yönəlib: “Hazırda “KazMunayGaz” tərəfdaşları ilə birlikdə Transxəzər marşrutu üzrə Qazaxıstan neftinin tədarükünün artırılması imkanlarını öyrənir".

“KazMunayGaz”ın sədri iki şirkətin birgə təşəbbüslərinin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. Bundan əlavə, görüşdə karbonsuzlaşdırma sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xatırladaq ki, 2022-ci ildə “KazMunayGaz” və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton neftin tranziti haqqında beşillik müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi