BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 21 %-dək azalıb

BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 21 %-dək azalıb Bu ilin ilk yarım ilində Azərbaycanın magistral neft kəmərləri ilə 17 milyon 458,1 min ton neft nəql edilib
Energetika
15 İyul , 2021 11:03
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 21 %-dək azalıb

Bu ilin ilk yarım ilində Azərbaycanın magistral neft kəmərləri ilə 17 milyon 458,1 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 74,9 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar-iyun ayları ərzində bu neft kəməri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 4,9 % az olub.

Hesabat dövründə BTC vasitəsilə 13 milyon 072,3 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayları ilə müqayisədə 11 % azdır.

Bu dövr ərzində BTC kəməri ilə 1 milyon 649,8 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 21,4 % azdır.

Son xəbərlər

Orphus sistemi