Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 8 mln 950,7 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 76,8 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin ilk rübündə neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 5,8 % az olub.
Bu ilin yanvar-mart ayları ərzində BTC vasitəsilə 6 mln 877,5 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayı ilə müqayisədə 9,8 % azdır.
Dövr ərzində BTC kəməri ilə 858,3 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 22,7 % azdır.