BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 28 %-dək artıb

BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 28 %-dək artıb Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3161,4 min ton neft nəql edilib
Energetika
18 Fevral , 2021 10:18
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 28 %-dək artıb

Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3161,4 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 79,4 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin ilk ayında neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 2,8 % az olub.

Bu ilin yanvar ayı ərzində BTC vasitəsilə 2509,3 mln ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayı ilə müqayisədə 4,5 % azdır.

Dövr ərzində BTC kəməri ilə 276,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar ayı ilə müqayisədə 27,8 % çoxdur.

Son xəbərlər

Orphus sistemi