BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 46 %-dək artıb

BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 46 %-dək artıb Bu isə ötən ilin müvafiq ayı ilə müqayisədə 11,8 % azdır
Energetika
16 Mart , 2021 17:47
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 46 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 5 mln 800,5 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 76,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin ilk iki ayında neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 7,5 % az olub.

Bu ilin yanvar-fevral ayları ərzində BTC vasitəsilə 4 mln 437,2 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayı ilə müqayisədə 11,8 % azdır.

Dövr ərzində BTC kəməri ilə 393,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 45,7 % çoxdur.

Son xəbərlər

Orphus sistemi