BTC ilə tranzit neftinin nəqli 20 % azalıb

BTC ilə tranzit neftinin nəqli 20 % azalıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 23,331 milyon ton neft nəql edilib.
Energetika
15 Sentyabr , 2021 10:40
BTC ilə tranzit neftinin nəqli 20 % azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 23,331 milyon ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % azdır.

8 aylıq nəqletmənin 74,7 %-i və yaxud 17,435 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri ilə həyata keçirilib. Bu isə 1 il əvvələ nisbətən 8,6 % azdır.

Bu dövr ərzində BTC ilə 2,214 milyon ton tranzit nefti də nəql edilib ki, bu da illik müqayisədə 19,9 % azdır.

Son xəbərlər

Orphus sistemi