Bu günə qədər AÇG və “Şahdəniz”dən 561 mln tona yaxın neft ixrac edilib

Bu günə qədər AÇG və “Şahdəniz”dən 561 mln tona yaxın neft ixrac edilib AÇG-dən 530 milyon ton xam neft, “Şahdəniz”dən isə 31 milyon ton kondensat çıxarılıb
Energetika
21 Aprel , 2021 11:04
Bu günə qədər AÇG və “Şahdəniz”dən 561 mln tona yaxın neft ixrac edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən aprelin 1-dək təqribən 561 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin üç ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlara əsasən xəbər verir.

Məlumata görə, AÇG-dən 530 milyon ton xam neft, “Şahdəniz”dən isə 31 milyon ton kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 aprel tarixinədək təqribən 560,5 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Son xəbərlər

Orphus sistemi