Bu il Azərbaycan 10 min tondan çox karbamid ixrac edib

Bu il Azərbaycan 10 min tondan çox karbamid ixrac edib Azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 0,52 % paya malikdir
Energetika
17 Mart , 2021 09:52
Bu il Azərbaycan 10 min tondan çox karbamid ixrac edib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 10 790 ton azot gübrəsi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin iki ayında həyata keçirilən ixracın dəyəri 1 mln 726,34 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,884 mln ABŞ dolları (2,1 dəfə) və 12 185 ton (2,12 dəfə) azdır.

Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 0,52 % paya malik olub.

Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi