Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 10 266 ton neft bitumu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 1 mln 712 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə neft bitumunun ölkənin ümumi ixracdakı payı 0,06 % olub.